• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
18.11.2026 14:28

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində “Best Private Bank in Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) adına layiq görülüb. Bununla da Birbank Private bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk Azərbaycan bankı olub.

2009-cu ildə təsis edilən “Global Private Banking Awards” mükafatı “Financial Times Group”un nəşrləri olan “Professional Wealth Management” (PWM) və “The Banker” jurnalları tərəfindən birgə təşkil olunur. Mükafatlar dünya miqyasında özəl bankçılıq qruplarının keyfiyyət və kəmiyyət göstəricilərini qiymətləndirir. Müraciətlər müxtəlif regionlardan olan sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilir, Əsas Fəaliyyət Göstəricilərinin təhlili isə PWM tərəfindən həyata keçirilir.

Bu mükafat Birbank Private-ın son illərdə əldə etdiyi əhəmiyyətli inkişaf göstəricilərinin nəticəsidir. Belə ki, son iki il ərzində idarə olunan aktivlərin həcmi iki dəfədən çox artıb. Təkcə 2025-ci ildə bu göstərici 50,9% yüksəlib. Eyni dövrdə müştəri bazasında 71,8%, orta müştəri balansında isə 20,8% artım qeydə alınıb.

Birbank Private müştərilərinə fərdi bankçılıq yanaşması, xüsusi maliyyə həlləri və gündəlik həyatlarını daha rahat edən geniş çeşidli premium xidmətlər təqdim edir. Müştərilər fərdi xidmət, prioritet dəstək və müxtəlif eksklüziv üstünlüklərdən yararlanmaqla yanaşı, bank əməliyyatlarını məsafədən və operativ şəkildə həyata keçirə bilirlər.

Birbank Private-ın əsas fəaliyyət prinsiplərindən biri müştəri sayının artırılmasından daha çox, mövcud müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulmasına üstünlük verməkdir. Bu məqsədlə hər bir müştəriyə fərdi müştəri meneceri, şəxsi investisiya portfelinin idarə edilməsi, fərdi kredit təklifləri, eləcə də milli və xarici valyutada depozit məhsulları təqdim olunur. Maliyyə bazarlarında dəyişkənlik müşahidə olunduğu zaman isə müştəri menecerləri qabaqlayıcı şəkildə müştərilərlə əlaqə saxlayaraq strategiyaları onların fərdi məqsədlərinə və bazardakı dəyişikliklərə uyğunlaşdırırlar.

Qeyd edək ki, Birbank Private 2025-ci ildə də International Investor nəşri tərəfindən “Best Private Banking Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) mükafatına layiq görülüb. Yeni mükafat bankın beynəlxalq səviyyədə tanınmasını və Azərbaycanın özəl bankçılıq bazarındakı mövqeyini daha da gücləndirir.

Birbank Private Birbank-ın yüksək gəlirli və fərdi bankçılıq xidmətlərinə ehtiyac duyan müştərilər üçün nəzərdə tutulmuş premium bankçılıq xidmətidir. Müştərilərə fərdi münasibətlərin idarə edilməsi, investisiya və portfel həlləri, xüsusi kredit və depozit məhsulları, eləcə də müxtəlif premium xidmətlər təqdim olunur. Fərdi yanaşmanı, maliyyə ekspertizasını və rəqəmsal rahatlığı bir araya gətirən Birbank Private etibarlı və uzunmüddətli müştəri münasibətləri qurmağı, Azərbaycanda özəl bankçılıq təcrübəsini davamlı olaraq inkişaf etdirməyi hədəfləyir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
İqtisadiyyat 12:25
Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
İqtisadiyyat 12:12
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
İqtisadiyyat 10:43
Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:54
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
İqtisadiyyat 07:04
“Şahdəniz”də 2026-cı ildə qaz hasilatı sabit qalıb, satış gəlirləri isə artıb
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox