Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurası yanvarın 22-də Ermənistan-Azərbaycan arasında münasibətlərlə bağlı müzakirələr keçirib. Bu barədə Avropa İttifaqının yayımladığı məlumatda verilib.
Avropa İttifaqının Xarici İşlər Şurasının toplantısına Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Jozep Borrel sədrlik edib.
"Şura qeyri-rəsmi görüşdən sonra Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edib. Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba ilə fikir mübadiləsi aparılıb.
Cari işlər çərçivəsində Şura Azərbaycan və Ermənistanı da müzakirə edəcək", - press relizdə bildirilib.
2023-cü il fevralın 18-də Münhendə Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə birgə görüşü keçirilib.
Mayın 1-i Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 4 günlük görüş keçirilib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb. Danışıqların sonunda Blinken Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə etdiyini bəyan edib.
Mayın 14-ü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb. 4 saat çəkən görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə edilib
Mayın 24-də Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında növbəti addım olaraq sərhədlərlə bağlı xəritələrin hazırlanmasının vacibliyindən danışıb. Bunun üçün 1975-ci il xəritələrinin əsas götürülməli olduğunu vurğulayan Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr sərhədlər daxilində ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.
Mayın 25-də Moskvada liderlər arasında üçtərəfli görüş keçirilib və Azərbaycan-Ermənistan arasında həllini tapmamış məsələlər müzakirə edilib.
Sentyabrın 28-i erməni separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb və beləliklə Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib.

Aygün Mirakif
Bizi sosial şəbəkələrdə izləyin !