Azərbaycan və Ermənistan tərəfləri Qazaxıstanda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.Bu barədə "RIA Novosti"yə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq”, - Smadiyarov bildirib.
Bir müddət əvvəl Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev nəşrə bildirib ki, Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !