Azərbaycan və Ermənistan sülhə həmişəkindən daha yaxındır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
"İndi biz Ermənistanla sülhə həmişəkindən daha yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb", - Əliyev cümə axşamı "Məhv olmuş dünyanın bərpası" XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun fikrincə, bu, "İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Əliyev qeyd edib ki, "Qarabağ məsələsi bağlıdır, indi sülhə yaxınıq”.
Prezident vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh prosesini davam etdirməyə hazırdır. "İki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub. Biz görürük ki, sülh əldə edilə bilər, biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi düşmənçiliyə son qoymağın vaxtıdır”, - deyə Azərbaycan lideri əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !