Azərbaycan və Ermənistan XİN nazirləri Berlində görüşəcək- Gözləntilər

16:47 | 26.02.2024
Azərbaycan və Ermənistan XİN nazirləri Berlində görüşəcək- Gözləntilər

Azərbaycan və Ermənistan XİN nazirləri Berlində görüşəcək- Gözləntilər

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq. TASS-ın verdiyi xəbərə görə bunu Ermənistan XİN-in mətbuat katibi bildirib.

Görüşün keçirilməsi ilə bağlı razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında aparılacaq.
 
Siyasi şərhçi Tural İsmayılovun fikrincə, Azərbaycan və Ermənistan arasındakı görüşdə konkret nəticələrin əldə edilməsi gözlənilmir.
 
"Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni bir mərhələyə ehtiyac var. Fevralın sonunda iki ölkənin xarici işlər nazirləri arasındakı görüş münasibətlərn irəliləmə baxımından müstəsna əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistan arasındakı münasibətlərdə müsbət tendensiyaların əldə edilməsi üçün iki tərəfli əlaqələr inkişaf etdirilməlidir və həmçinin bu əlaqələrin daha da yaxşılaşdırılması üçün tərəflər arası görüşlər vacibdir. Amma Berlin görüşündə konkret nəticələrin əldə edilməsini gözləmirəm. Çünki daha əvvəldə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdə elə də bir müsbət tendensiya olmamışdır. B görüşlər iki ölkə arasındaki münasibətlərdə müəyyən problemli məqamların müzakirə edilməsi baxımından, eyni zamanda əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib əhəmiyyətə malikdir",- siyasi şərhçi əlavə edib.
 
Aytac Zeynlaova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM