Azərbaycan və Fransa prezidentləri bir arada

21:58 | 29.11.2013
Azərbaycan və Fransa prezidentləri bir arada

Azərbaycan və Fransa prezidentləri bir arada

Noyabrın 29-da Vilnüsdə Azərbaycan prezidenti İlham Əliyevlə Fransa prezidenti Fransua Ollandın görüşü olub. 

ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

 

Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edilib.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti