• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Azərbaycan və İran parlamentlərinin deputatları görüşüb

Azərbaycan və İran parlamentlərinin deputatları görüşüb
20.09.2023 19:10

Sentyabrın 20-də Milli Məclisin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İran İslam Respublikası İslam Şurası Məclisinin üzvləri ilə görüşü keçirilib.

Milli Məclisdən verilən xəbərə görə, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə İran nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin inkişafından söhbət açıb. O, bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlara cavab olaraq, həyata keçirilən anti-terror tədbirləri barədə danışıb, bu tədbirlər nəticəsində şəhid olanlara rəhmət diləyib.

Deputat  Azərbaycanın regionda sülhə, əmin-amanlığa önəm verdiyini, dövlətlər arasında dostluq münasibətlərinin inkişafında maraqlı olduğunu söyləyib. O, İranla müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticari, logistika sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, xalqların eyni tarixə, dinə, mədəniyyətə malik olduğunu deyib.

Ölkələrin parlamentləri arasındakı münasibətlərə toxunan Cavanşir Paşazadə bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən danışıb.

İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov Azərbaycanla İran arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, uzun illər ərzində azərbaycanlıların Ermənistandan deportasiya edildiyini, orada azərbaycanlılara aid tarixi, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb. Deputat rəhbərlik etdiyi icma tərəfindən bununla bağlı mötəbər beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığını, hazırda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası əsasında Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etmək istiqamətində addımların atıldığını bildirib.

İran parlamentinin üzvləri Zahedi Mohəmməd Mehdi, xanım Paşayi Bəhram Məsumə, Əlizadə Əli səmimi görüşə görə təşəkkürlərini ifadə ediblər, Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərə malik olduğunu söyləyiblər. Qonaqlar İranın Azərbaycanla müxtəlif sahələrdə daha sıx əməkdaşlığın inkişafında maraqlı olduğunu, iqtisadi sahədə əlaqələrin genişləndirilmləsi üçün geniş potensial imkanların mövcudluğunu qeyd ediblər.

İranlı deputatlar ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək, Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıblar, öz ürək sözlərini söyləyiblər.

Söhbət zamanı dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, parlamentlər arasında əlaqələrin inkişafı, bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həsəni Rıza, İranın Azərbaycandakı səfirliyinin təmsilçisi Ağayi Müsəvi Məliki və digər rəsmi şəxslər iştirak ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol