Azərbaycan yığması İsveçə məğlub olub - Yenilənib

22:04 | 05.09.2024
Azərbaycan yığması İsveçə məğlub olub - Yenilənib

Azərbaycan yığması İsveçə məğlub olub - Yenilənib

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılaşan Azərbaycan millisi 1:3 hesabı ilə məğlub olub.

C Liqasının I qrupu çərçivəsində baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb.Azərbaycan millisindən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

 ***

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

Görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.
 
 ***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb.

Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.

İsveç: Conasson, Auqustinsson, Hin, Duqlas, Valkvist, Ayari, Svanberq, Elanqa, Isak, Kulusevski, Cökereş.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür