Prezident İlham Əliyevin fevralın 6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının prezidenti George İvanov ilə görüşü olub.
"Report" xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !