V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində Azərbaycan və Rusiya arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müqaviləyə V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində nazirin birinci müavini Vaqif Əliyev və Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Alla Manilova imza atıb.
Müqavilədə xalq yaradıcılığı sahəsində əməkdaşlığın inkişafı, kitabxana və muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, kinematoqrafiya sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması, musiqi və sirk kollektivləri, ayrı-ayrı ifaçılar və musiqi sənəti sahəsində mütəxəssislərin mübadiləsi, mədəniyyət və incəsənət üzrə ali və orta təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması, teatrlar arasında birbaşa əlaqələrin inkişafı, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !