• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Azərbaycan və Rusiya ticarəti azaldıb

Azərbaycan və Rusiya ticarəti azaldıb
30.09.2015 16:41
Rusiya və Azərbaycan arasında 2015-ci ilin birinci yarımilliyində mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz -1,7 milyard ABŞ dollarına qədər azalıb.       

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski bildirib.

"Bu il biz obyektiv və məlum səbəblər ucbatından tempi azaltmışıq. Birinci yarımillik üçün ölkələrimiz arasında mal dövriyyəsi 1,7 milyard ABŞ dollarından ibarət olub və 20 faizdən bir qədər artıq aşağı düşüb”, - Tsıbulski Yekaterinburqda keçirilən VI Rusiya-Azərbaycan regionlararası forumunda çıxış edərkən bildirib.

Eyni zamanda o, qeyd edib ki, əgər malların çatdırılmasının fiziki həcmini götürsək, o zaman burada heç bir azalma yoxdur, biz malların tədarükündə 50 faizdən çox artım müşahidə edirik.

Tsıbulskinin sözlərinə görə, mal dövriyyəsinin göstəricilərinin milli valyutalarda ifadəsinə nəzər salsaq, məsələn, rublda bu göstəricilərin 2015-ci ilin yeddi ayı ərzində 20 milyard dollar – təxminən 25 faiz artdığını görərik.

Nazir müavini həmçinin bildirib ki, 2014-cü ilin nəticələrinə əsasən, Rusiya və Azərbaycan arasında mal dövriyyəsi 4 milyard dollar artıb və tarixi maksimuma çatıb.

"Qarşılıqlı ticarət göstəricilərinin dinamikası, keçən ilin obyektiv dünya çətinliklərinə baxmayaraq, MDB ölkələri arasında ən yaxşı göstərici olub. Son beş il ərzində ölkələrimiz arasında mal dövriyyəsi ən azı iki dəfə artıb”, - Tsıbulski əlavə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol