Azərbaycan və Rusiya XİN siyasi məsləhətləşmələr keçirib

19:33 | 22.12.2023
Azərbaycan və Rusiya XİN siyasi məsləhətləşmələr keçirib

Azərbaycan və Rusiya XİN siyasi məsləhətləşmələr keçirib


Dünən Bakı şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

16:26

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Araz Əzimov və Aleksandr Qruşko Bakıda siyasi məsləhətləşmələr keçirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Regional və Avropa təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) qarşılıqlı əlaqələr, Avropa Şurasındakı vəziyyət və iki ölkənin Avropa İttifaqı (Aİ) və NATO ilə münasibətləri, o cümlədən, ikitərəfli və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub.

Məlumatda, həmçinin, Aleksandr Qruşkonun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul olunduğu bildirilir.

"Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirilib", - məlumatda deyilir.

Bundan başqa, görüşlərdə region dövlətlərinin Cənubi Qafqazda sabitliyin dəstəklənməsində aparıcı rolunun və xüsusi məsuliyyətinin vurğulandığı qeyd olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM