• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Azərbaycan və Serbiya qaz tədarükü üçün sənəd imzalayıb

Azərbaycan və Serbiya qaz tədarükü üçün sənəd imzalayıb
15.11.2023 14:59
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Srbijagas” şirkəti arasında 400 milyon kubmetrədək neftin tədarükü haqqında müqavilə imzalanıb. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 
 
Sənəd iki ölkənin energtika nazirləri arasında imzalanıb. 

"Sənədlər paketinə SOCAR və Srbijagas arasında əməkdaşlığı təşviq etmək üçün Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədən və Energetika Nazirliyi arasında anlaşma memorandumu, həmçinin SOCAR və Srbijagas arasında qaz satışına dair saziş daxildir” - açıqlamada deyilir.

Azərbaycanın energetika naziri bildirib ki, Serbiya Azərbaycanın Avropada qaz bazarında yeni tərəfdaşıdır. 
 
"Serbiyaya ildə 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı səkkizə çatacaq.Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində artan rolunun bariz göstəricisidir”, - o əlavə edib. 


Azərbaycan 2020-ci ildən Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. Hazırda qaz ixracının əsas mənbəyi Xəzər dənizindəki 1,2 trilyon kubmetr ehtiyata malik "Şahdəniz” yatağıdır. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol