• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycan - Slovakiyaya məğlub olub - Yenilənib

Azərbaycan - Slovakiyaya məğlub olub - Yenilənib
14.10.2024 21:52
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.
70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

 20:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.
  
 19:30

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev.

Slovakiya : Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi finala yüksəlib
İdman 21:10
Azərbaycanın minifutbol millisi finala yüksəlib
“Qarabağ” Çempionlar Liqasına bu mərhələdən başlayacaq - Rəsmi
İdman 20:50
“Qarabağ” Çempionlar Liqasına bu mərhələdən başlayacaq - Rəsmi
Azərbaycanın minifutbol millisi dünya çempionatının yarımfinalına yüksəlib - Yenilənib
İdman 21:29
Azərbaycanın minifutbol millisi dünya çempionatının yarımfinalına yüksəlib - Yenilənib
Azərbaycanın minifutbol millisi 1/4 finalda - Video
İdman 21:50
Azərbaycanın minifutbol millisi 1/4 finalda - Video
Azər Bağırov istefa verib
İdman 20:47
Azər Bağırov istefa verib
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
İdman 23:41
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
İdman 22:31
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
“Tottenhem” Avropa Liqasının qalibi oldu
İdman 07:41
“Tottenhem” Avropa Liqasının qalibi oldu
Azərbaycanlı baş hakim Avropa çempionatının oyununa təyinat aldı
İdman 23:38
Azərbaycanlı baş hakim Avropa çempionatının oyununa təyinat aldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol