Salyanda 2000-dən çox ot bağlaması yanıb

Salyanın Yenikənd kəndində ot tayası yanıb.
APA-nın məlumatına görə, hadisə nəticəsində 2000-dən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























