Qarsda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə respublikasının prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb.
"Report" agentliyi "Anadolu"ya istinadən xəbər verir ki, görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar. Görüşdə həmçinin ikitərəfli maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, bu gün Qarsda Azərbaycan qazını avropaya çıxaracaq TANAP borusunun təməlqoyma mərasimi baş tutacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !