Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

15:08 | 19.09.2023
Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM