Azərbaycan və Yeni Kaledoniya Konqresi Əməkdaşlıq Memorandumu imzalayıb

16:01 | 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya Konqresi Əməkdaşlıq Memorandumu imzalayıb

Azərbaycan və Yeni Kaledoniya Konqresi Əməkdaşlıq Memorandumu imzalayıb

Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.  Bu barədə Yeni Kaledoniyanın İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika,Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin  bildirib. 

Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviq edilməsi əksini tapıb. 

Yeni Kaledoniya Avstraliya və Yeni Zelandiya arasında yerləşir.  Yeni Kaledoniya iqtisadiyyatı nikel hasilatı və turizm əsasında formalaşıb.  Ölkə təxmin edilən nikel ehtiyatlarına görə dünyada üçüncü yeri tutur. 

Yeni aledoniya adası 1774-cü ildə Ceyms Kuk tərəfindən kəşf edilib, adını əcdadlarının vətəni Şotlandiyanın - Kaledoniyanın qədim adı ilə bağlayıb.

Ada təxminən 3500 il əvvəl məskunlaşmışıb.  Adanın avropalılarla təmasdan əvvəlki tarixi eramızdan əvvəl 13-cü əsrə aid edilə bilər. 

Avropalılar Yeni Kaledoniyaya 1840-cı ildə gəlib. 

Fransa 1853-cü ildə Yeni Kaledoniya adalarının sahibi olduğunu iddia edibi və 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti məhkumları bu adaya sürgün edirdi. 

Ölkənin əhalisi 271 min nəfər təşkil edir. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM