Bəs, Azərbaycan vətəndaşları vizasız gediş-gəliş rejimi əsasında hansı xarici dövlətlərə səfər edə bilərlər?
Modern.az bununla bağlı kiçik araşdırma aparıb.
Hazırda Türkiyə və İran tərəfindən birtərəfli qaydada Azərbaycanın ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir. İran ərazisində Azərbaycan vətəndaşlarının vizasız yaşaması üçün qoyduğu müddət 15 gündür. Türkiyə isə vətəndaşlarımıza vizasız yaşamaq üçün 1 ay vaxt verir.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununa əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bəzi ölkələrlə Azərbaycan arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir.
I qrup üzrə Azərbaycan və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları, həmçinin belə şəxslərin onlarla birgə səfər edən, lakin şəxsi diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta malik olmayan ailə üzvləri - ər (arvad), oğul/qızları üçün (foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada müvafiq diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta qeyd edilməklə) aşağıdakı dövlətlərə vizasız gediş-gəliş əldə edə bilərlər:
İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
Ölkənin adı - Vizasız rejim tətbiq edilən pasportların növü
1. Albaniya - Diplomatik və xidməti - 90 gün
2. Almaniya - Diplomatik - 90 gün
3. Argentina - Diplomatik, rəsmi və xidməti - 30 gün
4. Avstriya - Diplomatik və xidməti - 90 gün
5. Belçika - Diplomatik - 90 gün
6. BƏƏ - Diplomatik, xidməti və xüsusi - 90 gün
7. Bolqarıstan - Diplomatik və xidməti - 90 gün
8. Bosniya və Herseqovina - Diplomatik, rəsmi və xidməti - 90 gün
9. Braziliya - Diplomatik, rəsmi və xidməti - 90 gün
10. Çin - Diplomatik və xidməti - 30 gün
(Honq-Konq (Çinin xüsusi inzibati ərazisi) - Diplomatik və xidməti - 14 gün)
11. Çexiya - Diplomatik - 90 gün
12. Xorvatiya - Diplomatik və xidməti - 30 gün
13. Estoniya - Diplomatik - 90 gün
14. Finlandiya - Diplomatik - 90 gün
15. Fransa - Diplomatik - 90 gün
16. İndoneziya - Diplomatik və xidməti - 30 gün
17. İordaniya - Diplomatik və xidməti - 90 gün
18. İran - Diplomatik və xidməti - 1 ay
19. İspaniya - Diplomatik - 90 gün
20. İsrail (12.12.2014-cü il tarixindən etibarən) - Diplomatik və xidməti - 90 gün
21. İsveç - Diplomatik - 90 gün
22. İtaliya - Diplomatik və xidməti - 90 gün
23. Kolumbiya - Diplomatik, rəsmi və xidməti - 90 gün
24. Koreya - Diplomatik, rəsmi və xidməti - 30 gün
25. Kipr - Diplomatik - 90 gün
26. Kuba - Diplomatik, rəsmi və xidməti - 90 gün
27. Küveyt - Diplomatik, xidməti və xüsusi - 90 gün
28. Latviya - Diplomatik - 90 gün
29. Litva - Diplomatik - 90 gün
30. Liviya - Diplomatik, xidməti və xüsusi - 90 gün
31. Lüksemburq - Diplomatik - 90 gün
32. Macarıstan - Diplomatik və xidməti - 90 gün
33. Malta - Diplomatik - 30 gün
34. Meksika - Diplomatik - 90 gün
35. Mərakeş - Diplomatik, rəsmi, xidməti və xüsusi - 90 gün
36. Monteneqro - Diplomatik və xidməti - 90 gün
37. Niderland - Diplomatik - 90 gün
38. Pakistan - Diplomatik və xidməti - 1 ay
39. Polşa - Diplomatik - 90 gün
40. Peru - Diplomatik, xidməti və xüsusi - 90 gün
41. Portuqaliya - Diplomatik,xidməti və xüsusi - 90 gün
42. Rumıniya - Diplomatik və xidməti - 90 gün
43. Serbiya - Diplomatik, xidməti və rəsmi - 90 gün
44. Slovakiya - Diplomatik və xidməti - 90 gün
45. Sloveniya - Diplomatik və xidməti - 90 gün
46. Suriya - Diplomatik, xidməti və xüsusi - 30 gün
47. Türkiyə - Diplomatik, xidməti və xüsusi - 90 gün
48. Türkmənistan - Diplomatik və xidməti - 30 gün
49. Yunanıstan - Diplomatik - 90 gün
50. Vyetnam - Diplomatik, xidməti və rəsmi - 1 ay
51. Uruqvay - Diplomatik, xidməti və rəsmi - 90 gün
II qrup üzrə isə Azərbaycanın və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycanın və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhəd keçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhəd keçmə sənədinə
- vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər aşağıdakı ölkələrə vizasız gediş-gəliş imkanından yararlana bilərlər:
Ölkənin adı
İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
1. Belarus - 90 gün
2. Gürcüstan - 90 gün
3. Qazaxıstan - 90 gün
4. Qırğızıstan - 90 gün
5 Moldova - 90 gün
6. Özbəkistan - 90 gün
7. Rusiya - 90 gün
8. Tacikistan - 90 gün
9. Ukrayna – 90 gün
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !