Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər

09:59 | 24.03.2015
Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər

Monteneqro hökuməti Azərbaycan Respublikasının vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.

Bu barədə Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.

Cәnubi Şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqronun rəsmi paytaxtı Setine şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7 maddəsinə əsasən "baş şəhər" sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.

1878-ci ildә imzalanan Berlin Sazişilә Osmanlı dövlәtindәn ayrılan vә Birinci Dünya müharibəsindən sonra Yuqoslaviyanın tərkibinə daxil edilәn Monteneqronun qonşuları, Albaniya, Kosova, Serbiya, Xorvatiya vә Bosniya və Hersoqovinadır. Ölkə sahillərini Cәnubunda Adriatik dәnizinin suları yuyur. İdarəetmə forması prezidentli respublikadır. Parlament birpalatalıdır. İnzibati ərazi bölgüsü 21 bələdiyyədən ibarətdir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM