Xalqın daha 16 il gözləməyə halı yoxdur - Deputat qanunun qəbul olunmasından danışdı

12:48 | 28.09.2023
Xalqın daha 16 il gözləməyə halı yoxdur - Deputat qanunun qəbul olunmasından danışdı

Xalqın daha 16 il gözləməyə halı yoxdur - Deputat qanunun qəbul olunmasından danışdı

Azərbaycanda monopoliya, xarici ticarətin rəqabəti və tenderlərin həyata keçirilməsinə xüsusi diqqət ayrılmalıdır. Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib. 
 
"Mükəmməl sənəd olmur, qanunda təkmilləşdirməyə ehtiyac var. Qanunun qəbul edilməsinin tərəfdarıyam. Hətta optimal müddətdə qəbul edilməsinin tərəfdarıyam. Çünki Azərbaycan xalqının daha 16 il gözləməyə halı yoxdur. Mu qanunun pretmedi və məqsədi qanunda öz əksini tapmalıdır. Rəqabət Məcəlləsinin fəaliyyəti ilə məşğul olan qurum müstəqil olmalıdır", - Əli Məsimli sentyabrın 28-də Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib.  
 
Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında ictimai dinləmə zamanı deputat Vahid Əhmədov da açıqlamışdı ki, bu qanun 16 il bundan qabaq qəbul olunması üçün işlər getdi və III oxunuşda qəbul olunmadı. Deputat bildir ki, qanunun qəbul olunmasına icazə verilməyib. 
 
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
 
Gülnar Nazimqızı
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti