Azərbaycan xaricdən banan alışını azaldıb- STATİSTİKA

12:53 | 10.01.2024
Azərbaycan xaricdən banan alışını azaldıb- STATİSTİKA

Azərbaycan xaricdən banan alışını azaldıb- STATİSTİKA

2023-cü ilin yanvar-oktyabrında Azərbaycan xarici ölkələrdən 30 milyon 366 min ABŞ dolları dəyərində 42 min 25 ton banan idxal edib. Bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə 2 260 ton və ya 5,1% azdır. Bu barədə  Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
 
2022-ci ilin yanvar-oktyabrında 31 milyon 684,7 min dollar dəyərində 44 min 285 ton banan gətirlib.

2023-cü ildə 1 ton bananın qiyməti 723 dollar, 2022-ci ildə isə 715 dollar olub.

Bananın 1 kiloqramının alış qiyməti 2023-cü il 1,23  manat, əvvəlki il isə 1,21 manat olub.
 
2022-ci ilin birinci rübündə Azərbaycan 15,15 min ton banan idxal edib, bu da 2021-ci ilin yanvar-mart göstəricisindən 12,8% çoxdur.
 
Banan Azərbaycana Ekvadordan idxal edilir.

Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM