Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib

13:14 | 30.01.2025
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik", - məlumatda qeyd olunub.

Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus "Blackhawk” helikopteri ilə toqquşub. "American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hadisədən sonra Potomak çayından azı 19 meyit çıxarılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM