• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Azərbaycan XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb
19.01.2025 22:04

Azərbaycanın Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

"35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə "Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.
20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.
Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.

Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!

Yaşasın Azərbaycan!"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti ilə görüşüb
Siyasət 20:30
Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti ilə görüşüb
Ermənistan XİN Azərbaycanla sülh imzalamağa hazır olduğunu bəyan edib
Siyasət 17:53
Ermənistan XİN Azərbaycanla sülh imzalamağa hazır olduğunu bəyan edib
Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb- Ceyhun Bayramov
Siyasət 15:41
Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb- Ceyhun Bayramov
PrezidentJelka Tsviyanoviç ilə görüşüb
Siyasət 14:38
PrezidentJelka Tsviyanoviç ilə görüşüb
Azərbaycan Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarıdır- Hikmət Hacıyev
Siyasət 13:43
Azərbaycan Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarıdır- Hikmət Hacıyev
Ermənistanın silahlanmasının qarşısı alınmalıdır- Hikmət Hacıyev
Siyasət 13:15
Ermənistanın silahlanmasının qarşısı alınmalıdır- Hikmət Hacıyev
Prezident sərəncam imzalayıb
Siyasət 12:45
Prezident sərəncam imzalayıb
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir-Hikmət Hacıyev
Siyasət 12:35
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir-Hikmət Hacıyev
Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident
Siyasət 11:50
Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol