Azərbaycan XİN Çexiyaya başsağlığı verib

00:04 | 22.12.2023
Azərbaycan XİN Çexiyaya başsağlığı verib

Azərbaycan XİN Çexiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında qeyd edilib.

"Çexiyanın Praqa şəhərindəki Karlov Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN-dən bildirilib.

Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində 15 nəfər ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM