Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 15 aprel 2015-ci il tarixində Avropa Parlamentində qondarma "erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə ilə əlaqədar bəyanatı Misirin Yaxın Şərq Xəbərlər Agentliyində və "Əl-Masr Əl-Yaum", "Əl-Shorouk", "El-Balad", "Əl-Axbar" kimi nüfuzlu qəzetlərdə və sair internet saytlarında işıqlandırılıb.
ANN.Az-a daxil olan məlumata görə, bəyanatda qondarma erməni soyqırımı ilə əlaqədar qəbul edilmiş qətnamənin əsassız, qərəzli və qeyri-ciddi olaraq, həmçinin ikili standartların bariz nümunəsi olduğu bildirilib.
Avropa Parlamentinin Ermənistanın əsassız iddialarına söykənən bu qətnaməsinin regionda gərginliyin daha da artmasına rəvac verdiyi bəyanatda öz əksini tapıb.
Bəyanatda həmçinin, Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməməsi xüsusi olaraq vurğulanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !