Azərbaycan XİN İrana başsağlığı verib

15:31 | 22.09.2024
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.Bu barədə XİN-in "X” hesabında paylaşım edilib.

"Xorasan əyalətində kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, - paylaşımda qeyd edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM