Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşların həlak olması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
Bu barədə Azərbaycan XİN "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Malayziya Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması xəbərindən dərindən kədərlənərək, bu dəhşətli faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !