Rəsmi Bakı Nikol Paşinyana cavab verib

15:49 | 30.03.2023
Rəsmi Bakı Nikol Paşinyana cavab verib

Rəsmi Bakı Nikol Paşinyana cavab verib

Ermənistanın baş naziri  Nikol Paşinyan cümə axşam keçirdiyi iclasda Azərbaycan hakimiyyətini İrəvanın Qarabağ ərazisinə silah ötürməsi ilə bağlı bəyanatını "yalan təbliğat" adlandırıb.  Bu barədə Sputnik Armeniya telegram kanalı məlumat yayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan belə daşımalar həyata keçirmir və Qarabağda heç bir erməni əsgəri yoxdur.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə cavab olaraq Azərbaycanın öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlı olduğunu bildirib.

"Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistanın baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir. Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır", - Ayxan Hacızadə deyib.
 
Onun sözlərinə görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil. 

Müdafiə Nazirliyinin (MN) məlumatına görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
 
Martın 27-də Rusiya Müdafiə Nazirliyi "Qarabağın Mardakert ərazisində atəşkəs rejiminin pozulması" barədə məlumat yayıb.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb