Azərbaycan yay vaxtına keçdi

10:09 | 29.03.2015
Azərbaycan yay vaxtına keçdi

Azərbaycan yay vaxtına keçdi

Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saat 4:00-da saatların əqrəbi 1 saat irəli çəkilib.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.
 
Martın 29-da saat 4:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçib. 
 
Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM