2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 251 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 24,3 faiz üstələyir.
"Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 9 ayının yekunu üzrə hesabatında deyilir.
Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 562 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 68,4 faiz azdır.
Cari ilin ilk 9 ayında ölkədə 754 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 24,3 faiz azdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !