• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan Yunanıstana təbii qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır

Azərbaycan Yunanıstana təbii qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır
03.05.2023 19:30
Azərbaycan Yunanıstana təbii qaz tədarükünün şaxələndirilməsində və ümumilikdə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bu barədə "Report”a açıqlamasında Afinadakı Panteon Universitetinin Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Proqramının direktoru, professor Kostas A.Lavdas bildirib.

Açıqlanan statistikaya görə, 2023-cü ilin birinci rübündə Azərbaycan təbii qazı ilk dəfə olaraq Yunanıstan bazarında Rusiya "mavi yanacağı”nın payını ötüb.
Onun sözlərinə görə, bu gün Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Avropa İttifaqının (Aİ) enerji sahəsinin şaxələndirilməsində əsas amillərdən biridir: "Əlbəttə ki, Almaniya, İtaliya və Macarıstan kimi digər Aİ ölkələri ilə müqayisədə Yunanıstan enerji baxımından Rusiyadan həddən artıq asılı deyil. Lakin o, bu istiqamətdə şaxələndirməni davam etdirməlidir. Bu mənada Azərbaycan mühüm ölkədir”.

K.Lavdas xatırladıb ki, 2020-ci ilin dekabrından Azərbaycandan Yunanıstana və İtaliyaya ilk təbii qaz axını TAP ilə nəql edilib.

"Yunanıstan üçün 2023-cü ilin yanvar ayı əlamətdar hadisə ilə yadda qalıb: o vaxt Sidirokastro vasitəsilə Yunanıstana idxal edilən Rusiya boru kəməri qazının ümumi Yunanıstan idxalında payı 0 %-ə yaxınlaşıb, TAP qazının payı isə 22 %-ə çatıb”, - professor deyib.

Ekspert deyib ki, Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması üçün real potensial var və bu, Bakı ilə Afina arasındakı münasibətlərə də aiddir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:15
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var
İqtisadiyyat 09:56
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:05
Dünya bazarlarında neft ucuzlaşıb

"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
İqtisadiyyat 13:48
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
İqtisadiyyat 13:02
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
Kriptovalyuta göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:01
Kriptovalyuta göstəriciləri açıqlanıb
"Bitkoin" yenidən ucuzlaşıb
İqtisadiyyat 10:42
"Bitkoin" yenidən ucuzlaşıb
Rusiya qazını İrandan ixrac edəcək -  Putin
İqtisadiyyat 14:23
Rusiya qazını İrandan ixrac edəcək - Putin
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
İqtisadiyyat 18:06
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol