• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
11.05.2025 09:05

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçirir.Bu barədə DİM-dən bildirilib.

İmtahan vermək üçün 20 min 549 bakalavr ərizə təqdim edib. Onlardan 19 min 59 nəfəri Azərbaycan bölməsi, 1490 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 min 743-ü cari ilin, 7806-sı isə əvvəlki illərin məzunlarıdır, 51 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 59, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 15 min 38, Naxçıvanda 567, Gəncədə 1255, Sumqayıtda 1532, Abşeronda 1060, Mingəçevirdə 705, Lənkəranda 392 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 82 ümumi rəhbər, 232 imtahan rəhbəri, 1872 nəzarətçi, 273 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Bu imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 18 bakalavr da iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Magistraturaya qəbul imtahanında bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahan 3 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahanın nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri açıqlanacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra elan ediləcək.

“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.

Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədləri mütləq gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AAF sürət avtomobillərinin sərgisini təşkil edib
Cəmiyyət 21:06
AAF sürət avtomobillərinin sərgisini təşkil edib
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 18:30
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 16:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:32
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:57
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Cəmiyyət 12:00
Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb
Bakıda çay evində yanğın olub
Cəmiyyət 11:55
Bakıda çay evində yanğın olub
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Cəmiyyət 09:00
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol