Qəzvinin cümə imamı istefa verməsi ilə əlaqədar müraciət ünvanlayıb.
O, istefa müraciətində 10 ildir cümə imamı kimi fəaliyyət göstərdiyini qeyd edib. Lakin hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
Yanvarın 25-i İranın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cədəf Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
İranlı rəsmiyə Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Ərdəbilin cümə imamı Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin cümə imamı daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !