Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 963 min 361 xarici vətəndaş səfər edib.Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Təkcə sentyabrda isə ölkəyə 235 329 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 62 591 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 661 nəfər), üçüncü yerdə isə Hindistan (19 957 nəfər) qərarlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !