Ötən ilin aprel ayında əmisinə qoşulub qaçdığı deyilən Gəncə sakini, 24 yaşlı Günel Səfərovadan xəbər var.
Anews.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Səfərova elə əmisiylə Gəncənin Məhsəti qəsəbəsinin (Sevinc qəsəbəsi) yaxınlığında yaşayır. Mənbə bildirir ki, G.Səfərova mağazalardan birində satıcı işləyir, əmisi isə dəmir alveriylə məşğuldur.
Günel Səfərovanın əmisinin keçmiş həyat yoldaşı Həmidə Səfərova da Gəncədə yaşayır. Mənbənin sözlərinə görə, H.Səfərova "Dubay bazarı" adlanan yerij yaxınlığındakı gecəqondu məhəlləsində məskunlaşıb və o da mağazada satıcı kimi çalışır.
Bildirilir ki, qohumların əksəriyyəti H.Səfərova və G.Səfərova dan imtina edib.
Qeyd edək ki, ötən ilin aprelində Həmidə Səfərova mətbuata müraciət edərək, həyat yoldaşı Həsən Səfərovun 23 yaşlı qardaşı qızı Günel Səfərovayla qaçdığını bildirmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !