Ötən il Azərbaycanda 84 polis əməkdaşı işdən qovulub.APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə bu gün keçirilən kollegiya iclasında bildirib. O, qeyd edib ki, ötən il polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !