Azərbaycanda 9 ayda orta illik inflyasiya nə qədər olub? - Rəsmi

12:39 | 11.10.2024
Azərbaycanda 9 ayda orta illik inflyasiya nə qədər olub? - Rəsmi

Azərbaycanda 9 ayda orta illik inflyasiya nə qədər olub? - Rəsmi

2024-cü ilin sentyabrında istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabrına nisbətən 3,5 faiz olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz, qeyri-qida məhsulları üzrə 101,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.
 
Həmçinin ötən ay qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz olub. 
 
Bundan əvvəl Mərkəzi Bank bildirib ki, Azərbaycanda inflyasiya 5,6 faiz proqnozlaşdırılır. 
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM