• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Azərbaycanda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Azərbaycanda  aksiz markası olmayan  siqaretlərin realizə edilməsinin qarşısı alınıb
07.06.2017 13:40
Dövlət Gömrük Komitəsi (DGK) Yevlax Gömrük İdarəsinin əməkdaşları Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və milli aksiz markası olmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.

"Report” DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama barədə daxil olan məlumat əsasında Mingəçevir şəhərində əməliyyat keçirilib.

Mingəçevir şəhəri İ.Qasımov küçəsində keçirilən əməliyyat zamanı Mingəçevir şəhə sakini Səlimov Vüsal Nizami oğlunun idarə etdiyi VAZ-21154 markalı, 45BX080 dövlət nömrə nişanlı minik avtomobil saxlanılaraq Yevlax Gömrük İdarəsinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan və yük yerindən xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37.000 ədəd "MAC", "Mond", "CK", "NZ", "Alster", "Comet", "GM", "Continent", "Gold Mount", "RC", "Senator", "Omega", " Ascent", "Cavallo", "Milano" və "Manchester" adlı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi çaylardan sel keçir
Cəmiyyət 09:55
Bəzi çaylardan sel keçir
Bəzi yollarda tıxac var
Cəmiyyət 09:06
Bəzi yollarda tıxac var
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Cəmiyyət 09:00
PMI istiqaməti dəyişir: bu gün siqaret çəkənlər üçün hansı alternativlər var?
Bakının 5 rayonunda qaz kəsiləcək
Cəmiyyət 08:59
Bakının 5 rayonunda qaz kəsiləcək
Şamaxıda zəlzələ olub
Cəmiyyət 08:40
Şamaxıda zəlzələ olub
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Cəmiyyət 00:12
Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti tapılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Cəmiyyət 19:37
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ
Cəmiyyət 18:25
Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol