• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi çaylardan sel keçir

Bəzi çaylardan sel keçir
15.05.2025 09:55

Bəzi çaylarda sululuq artıb, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan və Şəki rayonu ərazisindən axan Damarçın çayından sel keçir. Bu barədə avtomat hidroloji stansiyası məlumat yayıb. 

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 116 sm, Vəlvələçayda 18 sm, Katexçayda 16 sm, Qudiyalçayda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 3 sm, Kürəkçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tutqunçay və Oxçuçayda 3 sm, Araz çayının yuxarı axınında 37 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 19 sm artıb, su sərfi 653 m3/san olmaqla normanın 87%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 56 sm artıb, su sərfi 270 m3/san olmaqla normanın 133%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqəli çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol