2024-cü il ərzində Azərbaycanda Albaniya səfirliyi açılacaq. Bunu Albaniyanın Baş nazirin müavini, infrastruktur və energetika naziri Belinda Balluku deyib.
"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq haqqında saziş bu münasibətləri dərinləşdirməyə yönəlmiş növbəti addımdır, qarşı tərəfdən kilometrlər uzaqda olmağımıza baxmayaraq, biz güclü körpülər və şübhəsiz ki, gələcəyə hesablanmış əməkdaşlıq qurmaq üçün bir yol tapırıq. Azərbaycanın Albaniyada səfirliyinin açılması alqışlanan qərardır və Bakının Tirana ilə tərəfdaşlığa dair ciddi niyyətlərinin sübutudur və bu, əməkdaşlığımızı daha da artıracaq və aramızda sürətli və səmərəli kommunikasiya körpüsü yaradacaq. Albaniya da 2024-cü ildə cavab verəcək və Bakıda səfirliyini açacaq", - Balluka "Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən qeyd edib.
Balluku azərbaycanlı turistləri Albaniyada qəbul etmək, eyni zamanda Azərbaycana gedən alban axınını artırmaq istədiklərini bildirib.
"Hər iki ölkə ticarət və investisiya sahəsində əməkdaşlığı stimullaşdırmaq və inkişaf etdirmək, müvafiq nazirlik və agentliklərimiz, Ticarət Palatalarımız arasında əlaqələri və mübadilələri, birgə biznes forumların, missiyaların və ikitərəfli görüşlərin təşkilini təşviq etmək istəyir. Biz azərbaycanlı turistləri Albaniyada qəbul etmək, eyni zamanda dost ölkəmizə gələn alban axınını artırmaq istəyirik. Bu səbəbdən biz yaxın aylarda Bakı ilə Tirana arasında birbaşa xəttin yaradılması üçün Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə geniş müzakirələr apardıq”, - Balluku vurğulayıb.
Mayın 6-da Prezident İlham Əliyev Azərbaycan ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !