Azərbaycanda atların qiymətində ciddi artım var - Bəhruz Nəbiyev

12:36 | 20.05.2024
Azərbaycanda atların qiymətində ciddi artım var - Bəhruz Nəbiyev

Azərbaycanda atların qiymətində ciddi artım var - Bəhruz Nəbiyev

Azərbaycanda atların qiymətində ciddi artım müşahidə olunur. Bunu Azərbaycan Atçılıq Federasiyasının Baş katibi, Peşəkar Çövkən Liqasının Prezidenti Bəhruz Nəbiyev bildirib.

" 2019-cu ildə verilən qərara əsasən, yarışlarda ancaq cins atlardan istifadə olunur. Bu da atların qiymətində ciddi artıma gətirib çıxarıb",- Baş katib mayın 20-də keçirilən "Peşəkar Çövkən Liqası" ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Federasiyasının Baş katibinin sözlərinə görə,  2026-cı ildən ikinci liqa təşkil edilə bilər.

"Bu bizim üçün yeni layihədir. Azərbaycan da ilk dəfədir ki, atçılıq üzrə bir liqa təsis edilir. Ona görə biz çalışırıq ki, yarışda çox komandalar iştirak etsin. Bundan başqa sponsor axtarışındayıq",- o əlavə edib.
 

 Mayın 21-də Azərbaycan Çövkən Liqasına start veriləcək. Bu yarışda "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər Çövkən" komandaları iştirak edəcək. Yarışa saat 14:00-da Binə Atçılıq Mərkəzində "Sərhədçi" – "Ağstafa Dilbaz" oyunu ilə start veriləcək. Yarışa 4 dekabrda yekun vurulacaq. 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM