Azərbaycanda bank əmanətlərinin azalması davam edir - İCMAL

15:20 | 07.09.2015
Azərbaycanda bank əmanətlərinin azalması davam edir - İCMAL

Azərbaycanda bank əmanətlərinin azalması davam edir - İCMAL

Azərbaycanda fiziki şəxslərin bank sektorunda yerləşdirdiyi əmanətlərin ümumi həcmi bu ilin iyul ayı ərzində  48,5 mln. manat və ya 0,6% azalaraq avqustun 1-nə 7 605,1 mln. manat təşkil edib. Əmanətlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə isə 665,1 mln. manat və ya 9,6% artıb.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata əsasən, qısamüddətli əmanətlər iyul ayında 83,3 mln. manat və ya 1,7% azalaraq avqustun 1-nə 4 775,1 mln. manat təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə bu, 550,2 mln. manat və ya 13% çoxdur. Uzunmüddətli əmanətlər isə iyulda 35 mln. manat və ya 1,2%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 115 mln. manat və ya 4,2 % artaraq avqustun 1-nə 2 830,1 mln. manat təşkil edib.

Manatla olan əmanətlər hesabat ayında 41,2 mln. manat və ya 1,9% azalaraq 2 138,7 mln. manat təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə burada 2 264,9 mln. manat və ya 51,4% azalma qeydə alınıb. Manatla əmanətlərin ümumi əmanətlərin strukturunda xüsusi çəkisi isə bir ayda 0,4 faiz bəndi azalaraq 28,1%-ə düşüb. Halbuki, 2014-cü ilin avqustun 1-nə bu göstərici 63,4% olub.

Milli valyutada yerləşdirilən qısamüddətli əmanətlər iyul ayı ərzində 26,1 mln. manat və ya 1,9% azalaraq avqustun 1-nə 1 362,9 mln. manat təşkil edib. Bunun cəmi qısamüddətli əmanətlərdəki payı avqustun 1-nə 28,5% təşkil edib. Manatla uzunmüddətli əmanətlər isə iyulda 15,2 mln. manat və ya 1,9% azalaraq 775,7 mln. manat təşkil edib (xüsusi çəkisi - 27,4%).

Xarici valyutada olan əmanətlər aylıq müqayisədə 7,2 mln. manat və ya 0,1% azalaraq avqustun 1-nə 5 466,4 mln. manat təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə xarici valyutada əmanətlər 2 929,9 mln. manat və ya 2,2 dəfə artıb. Valyuta əmanətlərinin ümumi əmanətlərdə xüsusi çəkisi isə iyulda 71,5%-dən 71,9%-ə yüksəlib (ötən ilin avqustun 1-də 36,6% olub).

Xarici valyutada qısamüddətli əmanətlər iyul ayında 57,3 mln. manat və ya 1,6% azalaraq avqustun 1-nə 3 412,1 mln. manat təşkil edib. Bu əmanətlərin cəmi qısamüddətli əmanətlərin strukturundakı payı avqustun 1-nə 71,5% təşkil edib. Xarici valyutada uzunmüddətli əmanətlər isə iyulda 50,1 mln. manat və ya 2,5% artaraq 2 054,3 mln. manata çatıb (xüsusi çəkisi - 72,6%).
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti