Azərbaycanda banklar pos-terminalların sayını 30% artırıb

20:24 | 25.01.2023
Azərbaycanda banklar  pos-terminalların sayını 30% artırıb

Azərbaycanda banklar pos-terminalların sayını 30% artırıb

31 dekabr 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2997 ədəd təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 3,1% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib. 

AMB-nin məlumatına görə, dekabrın sonuna Bakıda 1565 (artım 0,3%), regionlarda 1432 (artım 6,3%) bankomat quraşdırılıb.

Respublika üzrə ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayı 79,1 min ədəd təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 29,8% çoxdur.

Eyni zamanda, Bakıda 53 561 min ədəd (artım 32%), regionlarda 25 539 min ədəd (artım 25,4%) pos-terminal quraşdırılıb.

Hesabat dövründə ticarət obyektlərində bütün pos-terminalların 77,55 min ədədi və ya 98 faizi quraşdırılıb.
 
31 dekabr 2022-ci il tarixinə Azərbaycanda 25 bank, o cümlədən 11 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 487 filialı (2021-ci ilin sonuna nisbətən 1,7% artım) və 91 şöbəsi (2021-ci ilin sonunda 97) var.

Azərbaycanın bank sektorunda 22 777 nəfər çalışır (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 12% artım).
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti