• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Azərbaycanda banklardan kredit almaq çətinləşəcək

Azərbaycanda banklardan kredit almaq çətinləşəcək
29.05.2020 05:00
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib.Ölkənin bank sektorundakı mənbələrin Trend-ə verdikləri məlumata görə, AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsinin dayandırılması göstərişi ilə bağlı məktub göndərib: "Bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirdir. Əhaliyə kreditlərin verilməsi üzrə təsdiqlənmiş prosedur mövcuddur, orada iş yerindən arayışın təqdim edilməsinin vacibliyi göstərilib. Bu bənd pozulmayıb, lakin onun yerinə yetirilməsinə nəzarət AMB-nin fikrincə, kifayət qədər deyil və banklara qaydaların yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb".Qeyd olunur ki, AMB-nin tələbləri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, yaxud problemli kreditlərin artımı ilə bağlı deyil: "Ölkənin iri banklarının portfellərinin keyfiyyəti yüksək səviyyədədir. Eyni zamanda, borc yükü də artır və bu, AMB-də xəbərdarlıq tədbirləri ilə tənzimləmə istəyi yaradır. Baxmayaraq ki, Azərbaycanda bu göstərci qonşu ölkələrlə, o cümlədən Rusiya ilə müqayisədə xeyli aşağıdır".Azərbaycanda 43 bank fəaliyyət göstərir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol