Azərbaycanda BOKT-nin nizamnamə kapital artırılıb

13:12 | 07.01.2024
Azərbaycanda BOKT-nin nizamnamə kapital artırılıb

Azərbaycanda BOKT-nin nizamnamə kapital artırılıb

Bank Olmayan Kredit Təşkilati (BOKT) "Finans Invest” MMC-nin nizamnamə kapitalı 300 min manatdan 330 min manata qaldırılıb. Bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Bildirilir ki, bu da kapitalın 30 min manat və ya 10% artımıdır.
 
Ötən ilin oktyabrın 1-nə BOKT-ların aktivləri 682,2 milyon manat olub.  Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.
 
2023-cü ilin yanvarın 1-nə "Finans Invest”in aktivləri 1 milyon 510 min manat olub ki, bu da illik müqayisədə 13.5% azdır. Bunun 1 milyon 252 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
 
"Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

BOKT "Finans İnvest” 2022-ci ili 111 min manat zərərlə başa vurmuşdu.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM