Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinə başlanılacaq

18:31 | 09.04.2015
Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinə başlanılacaq

Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinə başlanılacaq

Bu ilin sonuna kimi Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi üzrə yeni layihənin gerçəkləşdirilməsinə başlanılacaq.

Trend-in məlumatına görə, bu barədə layihənin təqdimatında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, bu layihənin məqsədi daşınmaz əmlakın kütləvi və dəqiq qiymətləndirilməsini vahid mərkəzdən reallaşdırmaqdır.

R.Cəlilov qeyd edib ki, burada böyük miqdarda daşınmaz əmlakın eyni zamanda qiymətləndirilməsi nəzərdə tutulur. Pilot layihə Sumqayıtda həyata keçirilib.

Sədr müavini bu layihənin faydalarından danışarkən yeni sistemin daşınmaz əmlaka iqtisadi yanaşmanın inkişafını təmin edəcəyini deyib. O vurğulayıb ki, layihə dövlətin daşınmaz əmlaka münasibətdə öz sosial-iqtisadi siyasətini və məqsədlərini daha dəqiq formalaşdırmasına yardımçı olacaq.

ƏMDK yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev isə bildirib ki, son 5 ildə ölkədə 170 min obyektin qiymətləndirilməsi aparılıb, ay ərzində isə 5 minə yaxın obyekt bazaya daxil edilir.

Kütləvi qiymətləndirmə layihəsi Dünya Bankının (DB) maliyyə dəstəyi çərçivəsində həyata keçirilir.

Azərbaycan hökuməti və DB 2007-ci ildə daşınmaz əmlakın vahid kadastrının yaradılması üzrə Saziş imzalayıblar. Layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarəsi və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; layihənin siyasətinin formalaşması və idarəsi ilə bağlı təlimlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM