Azərbaycanda dizel yanacağı istehsalı artıb

2023-cü ilin yanvar-avqust Azərbaycanda 1 547,4 min ton dizel yanacağı istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə dizel yanacağının istehsalı 282,9 min ton və ya 22,4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Öyən ilin yanvar-avqustunda bu göstərici 1 264,5 min ton təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 97,3 min ton təşkil edib.
2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.
2024-cü ildə Azərbaycanda dizel yanacağının istehsalı 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton həcmində proqnozlaşdırılır ki, bu 2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalının 0,1% artacağı deməkdir.
Azərbaycanda benzin və dizelyanacağı istehsalı yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Bu müəssisə Azərbaycan DÖvlət Nefr Şirkətinin tərkibinə daxildir.
Aytac Zeynalova
www.anews.az