"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 16-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0478 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0008 manat və ya 0,07% artaraq 1,1838 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91% artaraq 0,0160 manata yüksəlib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !