Azərbaycanda doğulan oğlan uşaqları yenə üstünlük təşkil edib

18:03 | 17.12.2024
Azərbaycanda doğulan oğlan uşaqları yenə üstünlük təşkil edib

Azərbaycanda doğulan oğlan uşaqları yenə üstünlük təşkil edib

2024-cü ilin on ayında ölkədə doğulan uşaqların 53%-ni oğlanlar, 47%-ni qızlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.  
 
Cari ilin ötən dövründə 86274 uşaq doğulub. 
 
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Körpələrdən 2800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm olub. 
 
Azərbaycanda 2023-cü il 112 min 620 körpə doğulub. Onlardan 59 814-ü oğlan, 52 806-sı qızdır.
 
Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 
 
Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
 
Bir müddət öncə BMT-nin Əhali Fonun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 7 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM